Kalın: “Türkiyə PKK-nın fəaliyyəti ilə bağlı İsveçdən təcili addımlar gözləyir”

Kalın: “Türkiyə PKK-nın fəaliyyəti ilə bağlı İsveçdən təcili addımlar gözləyir” İsveç və Finlandiyanın NATO-ya mümkün daxil olması ilə bağlı müzakirələrin vaxtı yalnız alyansın iyunun sonunda keçiriləcək sammiti ilə məhdudlaşmır.
Region
21 İyun , 2022 01:49
Kalın: “Türkiyə PKK-nın fəaliyyəti ilə bağlı İsveçdən təcili addımlar gözləyir”

İsveç və Finlandiyanın NATO-ya mümkün daxil olması ilə bağlı müzakirələrin vaxtı yalnız alyansın iyunun sonunda keçiriləcək sammiti ilə məhdudlaşmır.

“Report”un məlumatına görə, bunu “Əl-Ərəbiyyə” Türkiyə prezidentinin müşaviri İbrahim Kalına istinadən xəbər verir.

“Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələri davam edəcək, lakin alyansın gələn həftə Madriddə keçiriləcək zirvə toplantısı hər hansı qərarın qəbulu üçün son tarix deyil”, - Türkiyə prezidentinin sözçüsü bildirib.

Kalın həmçinin bildirib ki, Türkiyə PKK teror təşkilatının fəaliyyəti ilə bağlı İsveçdən təcili addımlar gözləyir.

Son xəbərlər

Orphus sistemi