Kahramanmaraşda zəlzələ olub
Region
- 09 iyun, 2024
- 06:24
Türkiyənin Kahramanmaraş şəhərində 4,3 maqnitudalı (Mw) zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.
Qurumun verilənlərinə əsasən, yerli vaxtla saat 06:31-də (Bakı vaxtı ilə 07:31-də) qeydə alınmış zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Göksun rayonunda olub.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da sözügedən şəhərin Pazarcık və Əlbistan rayonlarında baş vermiş güclü zəlzələlər nəticəsində 53 mindən çox insan həlak olub. Yeraltı təkanların gücündən təsirlənən Suriyada isə ölənlərin sayı 8 mini ötüb.
Son xəbərlər
07:41
Finlandiya xüsusi təyinatlıları Baltik dənizində təlimlər keçirib
Digər ölkələr07:15
Xətai və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq
Energetika06:39
"USS Abraham Lincoln" təyyarə gəmisində ər-arvad narkotik satdıqlarına görə həbs edilib
Digər ölkələr06:04
Pentaqon rəhbərinin müavini Venesuela rəhbərliyi ilə görüşüb
Digər ölkələr05:38
Nigeriyada qanunsuz mədənçilikdə şübhəli bilinən 37 nəfər həbsxanada ölüb
Digər ölkələr05:17
FT: London Aİ-ni Britaniyanı "Avropada istehsal olunub" proqramına daxil etməyə çağıracaq
Digər ölkələr04:46
KXDR rəsmisi: ABŞ və müttəfiqlərinin hərbi təlimləri regionda sabitliyi pozur
Digər ölkələr04:29
"NBC News": ABŞ Avropadakı hərbi mövcudluğunu azalda bilər
Digər ölkələr04:07