Kahramanmaraşda kağız istehsalı fabriki yanır

Region
  • 25 avqust, 2023
  • 15:23
Kahramanmaraşda kağız istehsalı fabriki yanır

Kahramanmaraşda kağız istehsalı fabriki yanır.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında müəssisənin tullantılar bölməsində baş verib.

Hadisə yerinə helikopter, təcili və təxirəsalınmaz tibbi yardım briqadası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.