Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vyetnam lideri Vo Van Txıounq ilə danışıqlar aparıb.
"Report" xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.
"Danışıqlar zamanı ticarət-iqtisadi, investisiya, energetika, nəqliyyat-logistika, aqrar-sənaye, mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib", - məlumatda bildirilib.
K.J.Tokayev qeyd edib ki, Qazaxıstan Vyetnamın iqtisadi uğurlarını dövlətlər arasında gələcək əməkdaşlıq üçün ciddi əsas hesab edir.
O xatırladıb ki, ötən ilin sonunda qarşılıqlı ticarət dövriyyəsi yarım milyard dolları keçib, 2023-cü ilin altı ayında isə artıq 600 milyon dollara çatıb. İlin sonuna qədər bu rəqəmin 1 milyard dollara çatdırılması planlaşdırılır.