Jozep Borrell: Aİ Ermənistanı dəstəkləmək üçün ABŞ ilə səylərini birləşdirəcək

Jozep Borrell: Aİ Ermənistanı dəstəkləmək üçün ABŞ ilə səylərini birləşdirəcək Brüssel bütün ölçülərdə əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün Ermənistanla səyləri birləşdirməyi planlaşdırır.
Region
5 Aprel , 2024 14:53
Jozep Borrell: Aİ Ermənistanı dəstəkləmək üçün ABŞ ilə səylərini birləşdirəcək

Brüssel bütün ölçülərdə əlaqələri gücləndirmək və inkişaf etdirmək üçün Ermənistanla səyləri birləşdirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında keçirilən görüşdə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.

“Biz səylərimizi birləşdirmək istəyirik, məhz bu barədə xarici işlər naziri Ararat Mirzoyanla Aİ-Ermənistan tərəfdaşlığının səviyyəsini tərəfdaşlığımız çərçivəsində mümkün olan ən yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəldik. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu tərəfdaşlıq proqramını dəstəkləməyə dair Ermənistan üçün əhəmiyyətli bir tədbirlər paketi elan edib”, - o vurğulayıb.

J.Borrell, həmçinin qeyd edib ki, Aİ Ermənistanın suverenliyinə, demokratiya və möhkəmliyinə güclü sadiqliyini nümayiş etdirmək üçün amerikalı dostları ilə səyləri birləşdirməyə çalışır: “Ermənistan dayanıqlılığını yüksəldəcək islahatlar üzərində işləməyə davam etməlidir. Bu səylər hərtərəfli və genişləndirilmiş tərəfdaşlıqla bağlı sazişin bir hissəsi olacaq”.

O bildirib ki, Ermənistanın daha güclü və daha sabit olması Cənubi Qafqaz üçün də əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi