İzmirdə ağır yol qəzasında ölənlərin sayı 8 nəfərə çatıb

İzmirdə ağır yol qəzasında ölənlərin sayı 8 nəfərə çatıb Türkiyənin İzmir əyalətinin Kamalpaşa rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub, daha 11 nəfər xəsar
Region
8 Avqust , 2021 23:58
 İzmirdə ağır yol qəzasında ölənlərin sayı 8 nəfərə çatıb

Türkiyənin İzmir əyalətinin Kamalpaşa rayonunda mikroavtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub, daha 11 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisəyə sürücünün nəqliyyat vasitəsinə idarəetməsi səbəb olub. Nəticədə mikroavtobus aşıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib. Yaralıların hamısı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl qəza zamanı 6 nəfərin öldüyü bildirilirdi.

Son xəbərlər

Orphus sistemi