İtkin düşən erməni hərbçisinin atasına 3 min dollarlıq dələduzluq edilib

İtkin düşən erməni hərbçisinin atasına 3 min dollarlıq dələduzluq edilib Ermənistan milli Təhlükəsizlik Xidməti 3 min ABŞ dolları dələduzluq etməkdə şübhəli bilinən kişinin saxlayıb.
Region
9 Fevral , 2021 12:57
İtkin düşən erməni hərbçisinin atasına 3 min dollarlıq dələduzluq edilib

Ermənistan Milli Təhlükəsizlik Xidməti 3 min ABŞ dolları dələduzluq etməkdə şübhəli bilinən kişini saxlayıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi yayıb.

Bildirilib ki, həmin şəxsin oğlu Azərbaycanın Qarabağ bölgəsində işğalçı Ermənistan ordusunun tərkibində döyüşən və itkin düşən valideyndən 3 min ABŞ dolları istəyib. Dələduzluqda ittiham olunan şəxs deyib ki, oğlu Bakıda həbsxanadadır. O, Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqəsi olduğunu bildirib. Dələduz deyib ki, oğlunu Azərbaycandan üçüncü ölkəyə göndərmək üçün xarici xüsusi xidmət orqanlarının əməkdaşlarına 3 min ABŞ dolları məbləğində rüşvət vermək lazımdır. Bu şəxs hərbçi valideynindən vasitəçilik üçün 1000 ABŞ dolları istəyib. O, istədiyi məbləği hərbçinin atasından fevralın 5-də alarkən MTX əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi