İtaliyada radardan itən helikopterdə Türkiyənin 4 vətəndaşı var
- 10 iyun, 2022
- 07:17
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyada radarlardan itən helikopterin göyərtəsində Türkiyədə özəl firmalardan birində işləyən ölkənin 4 vətəndaşı olub.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Türkiyədəki səfirliyindən bildirilib.
Məlumata görə, iyunun 9-da İtaliyanın Toskana və Emilia-Romaqna bölgələrinin sərhədində helikopter radarlardan itib. Dünəndən onun axtarışı davam edir. Axtarışlar hələ ki bir nəticə verməyib.
Məlumata görə, helikopterin göyərtəsində 4-ü Türkiyə, 2-si Livan vətəndaşı olmaqla 7 sərnişin var imiş.
Helikopter təmizlik məhsulları satan “Roto Cart” adlı bir firmanın müştərilərini fabrikə daşıyırmış.
Hadisə ilə bağlı Türkiyənin "Əczaçıbaşı" şirkəti açıqlama yayaraq 4 əməkdaşının itkin düşdüyünü bildirib.