MAİ: Rusiya hərbi təcrübəsi olmayan könüllülərdən yeni birliklər yaradır

MAİ: Rusiya hərbi təcrübəsi olmayan könüllülərdən yeni birliklər yaradır Rusiya Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun tərkibinə daxil olacaq yeni “Samara” könüllü batalyonu yaradılır. Məcburi hərbi təcrübəsi olmayan 18-50 yaş arası kişiləri işə qəbul edir.
Region
6 Avqust , 2022 08:42
MAİ: Rusiya hərbi təcrübəsi olmayan könüllülərdən yeni birliklər yaradır

Rusiya Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun tərkibinə daxil olacaq yeni “Samara” könüllü batalyonu yaradılır. Hərbi təcrübəsi olmayan 18-50 yaş arası kişilər işə qəbul edilir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu (MAİ) məlumat yayıb.

ISW ekspertləri qeyd ediblər ki, Rusiya qoşunları Nijni Novqorod vilayətinin Mulino şəhərində yerləşən Qərb Hərbi Dairəsində 15 min nəfərlik ordu korpusu formalaşdırır. Ola bilsin, bu korpusun qismən könüllü batalyonlardan formalaşdırılması nəzərdə tutulur.

Omsk vilayətinin qubernatoru Aleksandr Butkov bildirib ki, vilayət Donbasa yerləşdirilmək və mühəndislik, tibbi və maddi-texniki dəstək vermək üçün üç könüllü batalyon - İrtış, Avangard və Om yaratmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi