İsveçli nazir xəbərdarlıq edib: "Müharibəyə hazır olmalıyıq"

İsveçli nazir xəbərdarlıq edib: "Müharibəyə hazır olmalıyıq" İsveç müharibəyə hazır olmalıdır.
Region
8 Yanvar , 2024 17:17
İsveçli nazir xəbərdarlıq edib: Müharibəyə hazır olmalıyıq

İsveç müharibəyə hazır olmalıdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə naziri Karl-Oskar Bollin deyib.

O bildirib ki, İsveçdə müharibə ola bilər: “Bütün isveçlilər ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün hərəkətə keçməlidirlər”.

İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Büden isə düşünür ki, artıq hərəkətə keçmək vaxtıdır.

Onun sözlərinə görə, son illərdə İsveçin təhlükəsizliyini gücləndirmək üçün çox işlər görülüb: “Eyni zamanda İsveç hələ də NATO-ya üzv olmaq ərəfəsindədir Biz Alyansa nə qədər tez tamhüquqlu üzv olarıqsa, bir o qədər yaxşıdır. Vəziyyətin nə qədər ciddi olduğunu dərk etməliyik”.

M.Büden indi Ukraynada baş verənlərin gələcəkdə İsveçdə də təkrarlana biləcəyini istisna etməyib.

İsveçin xarici işlər naziri Tobias Billström daha əvvəl bildirib ki, Rusiya yaxın gələcəkdə İsveç və Avropanın təhlükəsizliyinə ciddi təhdid olaraq qalacaq.

Son xəbərlər

Orphus sistemi