İstanbulda yol qəzası baş verib, 6 nəfər ölüb, 3 nəfər yaralanıb

Region
  • 27 mart, 2023
  • 13:50
İstanbulda yol qəzası baş verib, 6 nəfər ölüb, 3 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib, 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Silivri rayonunda qeydə alınıb.

Yük avtomobili hərəkətdə olan iki minik maşını ilə toqquşub.

İlkin ehtimala görə, qəzaya səbəb yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi olub.