İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir

İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir İyulun 29-30-da İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir.
Region
29 İyul , 2021 19:26
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir

İyulun 29-30-da İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir. Tədbir Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) birgə təşkilatçılığı ilə baş tutub.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir çərçivəsində Türk Şurasının Media və informasiya sahəsində Koordinasiya Komitəsinin birinci iclası da keçirilir.

Tədbir Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun iştirakçılara ünvanlanan videomüraciəti ilə başlayıb. Videomüraciətdə Türk Şurasının ölkələrimiz arasındakı mövcud möhkəm əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayan Altun bu tədbirin türkdilli ölkələr və bütün dünyadakı soydaşlarımız üçün faydalı olmasını diləyib. Eyni zamanda, Türk Şurasının ortaq tarixə, mədəniyyətə, dilə, dinə və mənşəyə malik ölkələrimiz arasındakı möhkəm bağları daha da gücləndirdiyini, Şuranın beynəlxalq aləmdə mühüm platformaya çevrildiyini qeyd edib. Fəxrəddin Altun ölkələr arasında bütün digər sahələrdə olduğu kimi, ünsiyyət sahəsində də həmrəyliyin və əməkdaşlığın dərinləşdirildiyini, dezinformasiyaya qarşı mübarizədə uzun bir yol keçən Türkiyənin bu sahədə təcrübəsinin üzv ölkələr üçün də faydalı olacağına ümid etdiyini söyləyib.

Treninqə türkdilli ölkələrin dövlət qurumlarının təmsilçiləri qatılıblar. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, və Macarıstandan olan iştirakçılar iki gün ərzində sosial media platformasında mənfi tendensiyalara xidmət edən dezinformasiyanın düzgün qiymətləndirilməsi və ona qarşı mübarizə mövzusunda təlimlərdə iştirak edəcəklər.

Təlimlərdə “Sosial media istifadəçiləri və dezinformasiyaya qarşı mübarizə”, “Türkiyədə İnternet hüququ və tətbiqlər”, “Texnoloji transformasiya və kibertəhlükəsizlik təhdidləri” və digər mövzularda müzakirələr keçirilir.

“Qarabağ müharibəsində sosial medianda istifadə imkanları və dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən təlimdə Vətən müharibəsində Azərbaycanın sosial informasiya sahəsində üzləşdiyi ikili standartlar, ölkəmizin haqlı mübarizəsinin dünyanın müxtəlif sosial resursları tərəfindən yanlış təqdim edilməsi, bu hallara qarşı mübarizə metodları, Türkiyənin bu kibermübarizədə Azərbaycana verdiyi dəstək və Türkiyə təcrübəsi müzakirə olunub.

Təlimlərin keçirilməsində əsas məqsəd üzv ölkələr arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, sosial mediada dezinformasiyalara qarşı mübarizə, sosial şəbəkələrin ortaq istifadəsi, bu sahələrdə təcrübələrin mübadiləsinin aparılmasıdır.

Son xəbərlər

Orphus sistemi