Bu gün Türkiyənin İstanbul şəhərində Türkiyə, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Avropa İttifaqı və BMT-nin yüksək vəzifəli şəxslərinin regional məsələlər üzrə müşavirəsi olacaq.
“Report” xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyəni bu tədbirdə xarici işlər nazirinin müavini Burak Çapar təmsil edəcək.
Məlumata görə, toplantıda regional və qlobal problemlərə dair məsələlərin müzakirəsi gözlənilir.
Digər iştirakçıların adları və vəzifələri açıqlanmayıb.