İstanbulda əcnəbilərin yaşayış icazəsi alması çətinləşdirilir

İstanbulda əcnəbilərin yaşayış icazəsi alması çətinləşdirilir Türkiyənin İstanbul şəhərində əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsi, məcburi hallar istisna olmaqla dayandırılıb.
Region
15 İyul , 2023 22:00
İstanbulda əcnəbilərin yaşayış icazəsi alması çətinləşdirilir

Türkiyənin İstanbul şəhərində əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsi, məcburi hallar istisna olmaqla dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə “Dünya” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, xüsusən də onların təhlükəsizliyinin təmin edilməsi, müalicəsi, təhsili, beynəlxalq ticarətlə bağlı fəaliyyətdə iştirakının təmin edilməsi zərurəti ilə bağlı hallar istisna olmaqla, xarici vətəndaşlara ilkin yaşayış icazəsinin verilməsi dayandırılıb.

2022-ci ilin oktyabr ayından etibarən Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə 17 milyonluq şəhərin 10 rayonunda əcnəbilərin yaşayış icazəsi alması müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunub ki, 2023-cü ilin martından isə bu qərar bütün 39 bələdiyyəyə şamil edilir. Belə ki, yerli hakimiyyət orqanlarının hərəkətləri qanunsuz miqrasiya ilə mübarizə planları ilə bağlıdır.

Qeyri-qanuni olaraq mənzil kirayəsi və ya hotellərdə yerləşdirməyə görə əmlak sahibləri cərimələnə, lisenziyalardan məhrum edilə və hətta azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi