İstanbulda 90 000-ə yaxın bina sökülə bilər

Region
  • 01 mart, 2023
  • 11:53
İstanbulda 90 000-ə yaxın bina sökülə bilər

Türkiyənin İstanbul əyalətində 90 000-ə yaxın bina sökülə bilər.

“Report” xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.

Məlumata görə, həmin binalar 7 maqnitudada zəlzələ zamanı uça bilər.

Xatırladaq ki, İstanbul seysmik zonada yerləşir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 əyalətində 7,7 və 7,8 maqnitudada yeraltı təkanlar olub. Hadisə nəticəsində 45 089 nəfər ölüb.