İstanbulda 22 nəfər saxta spirtli içkidən ölüb

İstanbulda 22 nəfər saxta spirtli içkidən ölüb Türkiyənin İstanbul şəhərində saxta alkoqol içkidən ölənlərin sayı 22 nəfərə yüksəlib.
Region
17 Dekabr , 2021 13:16
İstanbulda 22 nəfər saxta spirtli içkidən ölüb

Türkiyənin İstanbul şəhərində saxta alkoqol içkidən ölənlərin sayı 22 nəfərə yüksəlib.

“Report” xəbər verir ki, bunu İstanbul valiliyi açıqlayıb.

Bildirilib ki, saxta spirtli içkidən zəhərlənən 16 nəfərin vəziyyəti ağırdır.

Məlumata görə, noyabrın 16-dan dekabrın 16-dək spirtli içki qaçaqmalçılığı ilə bağlı 56 əməliyyat keçirilib və 78 nəfər saxlanılıb. Onlardan 14-ü barədə həbs qərarı çıxarılıb. 17-si isə polis nəzarəti altında saxlanılmaqla sərbəst buraxılıb.

Bundan başqa, əməliyyatlarda spirtli içki ilə dolu 32 978 ədəd şüşə, 27 ton 619 litr spirtli içki, içkilərin hazırlanması üçün lazım olan ləvazimatlar və s. əşyalar ələ keçirilib.

Xatırladaq ki, son günlər Türkiyədə saxta içkidən ölənlərin sayında kəskin artım müşahidə edilir. Belə ki, ötən gün axşam yayılan məlumata görə, ölkə üzrə içkidən ölənlərin sayı 25 olub.

Son xəbərlər

Orphus sistemi