İspaniya Ukraynaya 1,1 milyard avroluq silah tədarük edəcək

İspaniya Ukraynaya 1,1 milyard avroluq silah tədarük edəcək İspaniya hakimiyyəti Ukraynaya rekord məbləğdə 1,129 milyard avro dəyərində hərbi yardım paketi vəd edəcək.
Region
27 May , 2024 10:37
İspaniya Ukraynaya 1,1 milyard avroluq silah tədarük edəcək

İspaniya Ukraynaya rekord məbləğdə 1,129 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Bildirilib ki, mayın 27-də Ukrayna Prezidenti Volodimir Zelenski Madridə səfəri zamanı kral VI Filipp, eləcə də ölkənin Baş naziri Pedro Sançeslə görüşəcək. Tərəflər ikitərəfli təhlükəsizlik barədə saziş imzalayacaq.

Bura geniş çeşiddə hərbi texnikanın, o cümlədən “Patriot” raketlərinin yeni partiyasının, 19 “Leopard 2A4” tankının, eləcə də İspaniyada istehsal olunan çoxlu sayda materialların tədarükü daxildir.

Qeyd edək ki, V.Zelenski mayın 17-də İspaniyaya səfər etməyi planlaşdırırdı, lakin səfəri ləğv etmək məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi