İsmayıl Dəmir: "Türkiyənin yeni hücum təyyarələri F-35-lərdən üstün olacaq"

İsmayıl Dəmir: "Türkiyənin yeni hücum təyyarələri F-35-lərdən üstün olacaq" Türkiyənin hazırladığı yüngül hücum təyyarəsi "Hurjet" xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil F-35 qırıcısını keçəcək.
Region
30 Aprel , 2022 20:51
İsmayıl Dəmir: Türkiyənin yeni hücum təyyarələri F-35-lərdən üstün olacaq

Türkiyənin hazırladığı yüngül hücum təyyarəsi "Hurjet" xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil F-35 qırıcısını keçəcək.

“Report” "Star" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

"Yüngül hücum təyyarəmiz "Hurjet" gələn il ilk uçuşunu edəcək. Qırıcımız F-35-dən daha təkmil xüsusiyyətlərə malikdir. Təyyarə gələn il martın 18-də anqardan çıxarılacaq", - İ.Dəmir bildirib.

"Hurjet" Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildən Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb. "Hurjet" 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi