İrlandiyanın Baş naziri Buçadakı kütləvi məzarlığa baş çəkib - YENİLƏNİB

İrlandiyanın Baş naziri Buçadakı kütləvi məzarlığa baş çəkib - YENİLƏNİB İrlandiyanın Baş naziri Mişal Martin Ukraynanın paytaxtı Kiyevə gedib.
Region
6 İyul , 2022 14:11
İrlandiyanın Baş naziri Buçadakı kütləvi məzarlığa baş çəkib - YENİLƏNİB

İrlandiyanın Baş naziri Mişal Martin Rusiyanın hücumu nəticəsində dağıdılmış Borodianka, Buça və İrpendə olub.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, İrlandiya hökumət başçısının nümayəndə heyəti onu müşayiət edib.

Eyni zamanda M.Martin kütləvi məzarlığa da baş çəkib.

Qeyd edək ki, İrlandiyanın Baş naziri bu gün Ukraynada səfərdədir. Onun Prezident Volodimir Zelenski ilə görüşü planlaşdırılır.

12:23

İrlandiyanın Baş naziri Mişal Martin Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu, onun Ukraynaya ilk səfəridir.

Hökumət başçısının Rusiyanın bombardumanı nəticəsində Kiyevdə dağıdılmış yerlərə baş çəkəcəyi gözlənilir.

M.Martin bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Görüşdə İrlandiya və Avropa İttifaqının Ukraynaya cari və gələcək dəstəyi barədə müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi