İrəvanın mərkəzində etiraz aksiyası keçirilir

İrəvanın mərkəzində etiraz aksiyası keçirilir Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamağa cəhddə şübhəli bilinən Qayane Akopyanın həbsi ilə bağlı İrəvanın mərkəzində etiraz aksiyası keçirilir.
Region
20 May , 2023 16:33
İrəvanın mərkəzində etiraz aksiyası keçirilir

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhddə şübhəli bilinən Qayane Akopyanın həbsi ilə bağlı İrəvanın mərkəzində etiraz aksiyası keçirilir.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, İrəvanın mərkəzinə, Respublika meydanına doğru irəliləyən etirazçılar Arşakunyats prospektini bağlayıblar.

Etirazçılarla polislər arasında toqquşmalar baş verir. Məlumata görə, valideynlər “canlı divar” yaradıblar. Ölən erməni əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan aksiyanın dinc xarakter daşıdığını elan edib.

Qeyd edək ki, Qayane Akopyan mayın 17-də baş nazir Nikol Paşinyanın oğlu Aşotu qaçırmaqda şübhəli bilinərək saxlanılıb. O, günahını etiraf etmir və buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Mayın 20-də məhkəmə onu bir ay müddətinə həbs edib. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək, lakin hələlik aclıq aksiyasını davam etdirmək qərarına gəlib.

Son xəbərlər

Orphus sistemi