Ermənistanın paytaxtı İrəvan şəhərində Rusiya vətəndaşlarına qaşrı soyğunçuluq edilib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 24-də gecə saatlarında baş verib.
Belə ki, Kaskad kompleksinin ərazisində iki gənc rusiyalı turistlərə yaxınlaşıb, onlardan pul və qızıl tələb ediblər. Rusların qızılını ələ keçirən ermənilər daha sonra onların 18 min dramını alıblar.
Polis oğurluğu Qeqarkunik rayonunun 20 və 23 yaşlı sakinlərinin törətdiyini müəyyən edib. Hər iki şəxs hadisədən bir neçə gün sonra saxlanılıb.