Yerevanda Mərkəzi Asiyadan olan inşaatçıları “Azərbaycan casusları” sanıblar

Yerevanda Mərkəzi Asiyadan olan inşaatçıları “Azərbaycan casusları” sanıblar Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) İrəvan sakinlərinin “Azərbaycan casusları” kimi qələmə verdikləri əcnəbiləri saxlayıb
Region
3 Oktyabr , 2020 16:19
Yerevanda Mərkəzi Asiyadan olan inşaatçıları “Azərbaycan casusları” sanıblar

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevan sakinlərinin “Azərbaycan casusları” kimi qələmə verdikləri əcnəbiləri saxlayıb.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan MTX-nin Mətbuat xidməti məlumat yayıb.

Araşdırma nəticəsində məlum olub ki, saxlanılanlar 2020-ci ilin martından bəri Ermənistanda işləyən Özbəkistan və Tacikistandan olan işçilərdir. Onlar Yerevanda kirayə mənzildə yaşayırlar və koronavirus pandemiyası nəticəsində sərhədlərin bağlanması səbəbi ilə Ermənistanı tərk edə bilməyiblər.

Qeyd edək ki, daha əvvəl Yerevan sakinləri xəstəxana kompleksinin yaxınlığında iki əcnəbi görüb və onları “Azərbaycan casusları” kimi qələmə verərək polisə müraciət ediblər.

Son xəbərlər

Orphus sistemi