İrəvanda “Kalaşnikov” avtomatı, narkotik aşkarlanıb, 150-dən çox insan saxlanılıb

İrəvanda “Kalaşnikov” avtomatı, narkotik aşkarlanıb, 150-dən çox insan saxlanılıb Ermənistanın paytaxtı İrəvanda Malatiya-Sebastiya inzibati rayonunda hüquq-mühafizə orqanları əməkdaşlarının gücləndirilən növbətçiliyi zamanı 150-dən çox insan polis bölmələrinə aparılıb.
Region
28 Oktyabr , 2021 06:23
İrəvanda “Kalaşnikov” avtomatı, narkotik aşkarlanıb, 150-dən çox insan saxlanılıb

Ermənistanın paytaxtı İrəvanda Malatiya-Sebastiya inzibati rayonunda hüquq-mühafizə orqanları əməkdaşlarının gücləndirilən növbətçiliyi zamanı 150-dən çox insan polis bölmələrinə aparılıb.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, polis əməkdaşları onlarla nəqliyyat vasitəsini yoxlayıb.

Məlumata görə, yoxlamalar zamanı müxtəlif növ odlu silahlar (o cümlədən “Kalaşnikov” avtomatı), bıçaqlar, dəyənəklər, saxta və oğurlanmış dövlət nömrə nişanları aşkar edilib. Eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsi halları da müəyyən olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş növbətçilik zamanı Erebuni Polis İdarəsi tərəfindən axtarışda olan 27 yaşlı kişini də saxlayıblar.

Son xəbərlər

Orphus sistemi