İrəvanda etiraz aksiyasında saxlanılan müxalifətçilərin sayı 189 nəfərə çatıb

İrəvanda etiraz aksiyasında saxlanılan müxalifətçilərin sayı 189 nəfərə çatıb Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyası çərçivəsində İrəvanın mərkəzində küçələri bağlamış 200-dək nümayişçini saxlayıb.
Region
2 May , 2022 12:22
İrəvanda etiraz aksiyasında saxlanılan müxalifətçilərin sayı 189 nəfərə çatıb

Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyası çərçivəsində İrəvanın mərkəzində küçələri bağlamış 200-dək nümayişçini saxlayıb.

Bu barədə “Report” “İnterfaks”a istinadən xəbər verir.

“İndiyədək polisin qanuni tələblərinə tabe olmayan 189 nəfər axlanılıb”, - polis nümayəndəsi Edqar Canoyan deyib.

Xatırladaq ki, dünən İrəvanın mərkəzində yerləşən Fransa meydanında toplaşmış müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar.

Son xəbərlər

Orphus sistemi