İraqın Baş naziri İranda səfərdədir, Xamənei və prezidentlə görüşüb - YENİLƏNİB

Region
  • 06 noyabr, 2023
  • 09:14
İraqın Baş naziri İranda səfərdədir, Xamənei və prezidentlə görüşüb - YENİLƏNİB

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İraqın Baş naziri Məhəmməd əl-Sudanini qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Görüşdə regional vəziyyət, ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.

11:44

İraqın Baş naziri Məhəmməd əl-Sudani İranda rəsmi səfərdədir.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran Prezidenti İbrahim Rəisi ilə Məhəmməd əl-Sudani arasında görüş olub. Hökumət başçıları görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Məlumata görə, tərəflər iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirərək HƏMAS-İsrail müharibəsi ilə bağlı açıqlama veriblər.

İran Prezidenti müharibənin başlamasında Avropa İttifaqı və ABŞ-ı ittiham edib. O, iki ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı birgə əməkdaşlığı xüsusi vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti