İraqın şimalında Ermənistanın Baş Konsulluğu açılıb

İraqın şimalında Ermənistanın Baş Konsulluğu açılıb Ermənistanla İraqın şimalındakı muxtariyyət arasında son illər ticarət əlaqəsi artıb
Region
153
25 Fevral , 2021 09:47
İraqın şimalında Ermənistanın Baş Konsulluğu açılıb

Ermənistan İraq Kürdüstan Regional hökumətinin nəzarət etdiyi Ərbil şəhərində Baş Konsulluq açıb.

“Report” xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Baş konsul Arşak Manukyan konsulluğun açılışı tədbirində bildirib ki, muxtar hökumətlə Ermənistan arasında ikitərəfli əməkdaşlığın gündəliyi də müəyyənləşdirilib.

Qeyd olunub ki, Ermənistanla İraqın şimalındakı muxtariyyət arasında son illər ticarət əlaqələri genişlənib.

Xatırladaq ki, 2017-ci ildə Ermənistanın o vaxtkı prezidenti Serj Sarqsyan Ərbildə Baş Konsulluğun açılması haqqında sərəncam imzalamışdı.

Son xəbərlər

Orphus sistemi