İraq Türkiyədəki səfirini geri çağırıb

İraq Türkiyədəki səfirini geri çağırıb Rəsmi Bağdad İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfirini geri çağırıb.
Region
21 İyul , 2022 10:47
İraq Türkiyədəki səfirini geri çağırıb

Rəsmi Bağdad İraqın Duhokun dağlıq ərazisində baş verən hadisə ilə əlaqədar Türkiyədəki səfiri Hüseyin El-Hatibini geri çağırıb.

“Report” xəbər verir ki, məlumatı “Amerikanın səsi” yayıb.

Bildirilib ki, Türkiyə ərazisindən açılan artilleriya atəşi nəticəsində 8 nəfər ölüb, 23 nəfər yaralanıb.

“TRT Haber”in xəbərinə görə, Türkiyənin təhlükəsizlik qüvvələri İraqın şimalında mülki sakinlərin ölümü ilə nəticələnən hasisəni PKK/YPG-PYD terror qruplaşmasının törətdiyini açıqlayıb. Qeyd olunub ki, PKK-nı təbliğ edən KİV Türkiyə Silahllı Qüvvələrin Duhokda keçirdiyi əməliyyat nəticəsində mülki şəxslərin öldüyünə dair yalan informasiya yayıb: “Terror qruplaşması mülki şəxsləri hədəfə alaraq bölgədəki kəndlərə, tarla və bağçalara hücum edir. Bəhs edilən hadisədə terrorçular tərəfindən törədilib”.

Rəsmi Ankara hadisənin araşdırılması üçün bütün imkanlardan istifadə edəcəyini açıqlayıb. Türkiyənin Xarici İşlər Nazirliyi cinayəti törədənləri tapmaq üçün İraqı əməkdaşlığa çağırıb. Rəsmi Bağdad məsləhətləşmək üçün Türkiyədəki səfiri Hüseyin El-Hatibini İraqa çağırıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçu PKK/YPG-PYD, İŞİD qruplaşmasına qarşı antiterror əməliyyat keçirir. İraqın bu bölgəsi kürd muxtar bölgəsidir. PKK qruplaşması diqqəti üzərindən yayındırmaq məqsədilə regiondakı mülki şəxslərə hücum edir.

Son xəbərlər

Orphus sistemi