İranlı general PKK ilə bağlı İraq hakimiyyətinə xəbərdarlıq edib

İranlı general PKK ilə bağlı İraq hakimiyyətinə xəbərdarlıq edib "İraqın şimalında terrorçulara bazanın yaranmasına dözə bilmərik".
Region
29 Sentyabr , 2021 17:46
İranlı general PKK ilə bağlı İraq hakimiyyətinə xəbərdarlıq edib
Məhəmməd Pakpur

"İraqın şimalında terrorçulara bazanın yaranmasına dözə bilmərik".

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunlarınıın komandanı general Məhəmməd Pakpur İraq hakimiyyəti və bu ölkənin şimalındakı hökumətə xəbərdarlığında bildirib.

“İrana qarşı olan terrorçu qrupları İraqın şimalından çıxarın. Bu tələbimiz reallaşmazsa, terrorçuların yerləşdiyi yerləri və sığınacaqları məhv etmək üçün üzərimizə düşəni edəcəyik. Hazırda istənilən təhdidə qarşı hərbi hazırlığımız ən yüksək səviyyədədir”, - o vurğulayıb.

Qeyd edək ki, PKK terror qruplaşması İraqın şimalında yerləşib. Onun “PJAK” adlı dəstəsi İran, xüsusilə Qərbi Azərbaycan ərazisində yerli əhaliyə hücum edir, müxtəlif terror aksiyaları törədir.

Son xəbərlər

Orphus sistemi