İranla "Taliban" arasında ticarət əlaqələrini davam etdirməyə dair razılıq əldə olunub
Region
- 06 oktyabr, 2021
- 06:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İran nümayəndə heyəti ilə “Taliban” hərəkatının təmsilçiləri arasında ticarət əlaqələrinin saxlanılması istiqamətində danışıqlar olub.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstandakı “Taliban” hökumətinin informasiya və mədəniyyət məsələləri üzrə nazir müavini Zəbiullah Mücahid tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, tərəflər iqtisadi məsələlərə daha çox diqqət ayırıblar.
Z.Mücahid bildirib ki, sərhədyanı buraxılış keçid məntəqələrində iş rejiminin yaxın on gündə saat 20.00-dək uzadılmasına dair qərar qəbul olunub.
O vurğulayıb ki, yanacaq tədarükü ilə bağlı vəziyyəti araşdırmaq üçün İran Neft Nazirliyinin nümayəndə heyəti Əfqanıstana səfər edəcək.
Son xəbərlər
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda
09:22
Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
Futbol
09:08
ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
Digər ölkələr
08:56
Filippində bazarda yanğın nəticəsində beş nəfər ölüb
Digər ölkələr
08:47
Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub – Yenilənib
Energetika
08:37
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
İKT
08:21
ABŞ-də "PepsiCo" şirkətinin törəmə müəssisəsinin zavodunda partlayış və yanğın olub
Digər ölkələr
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol