İranın nüvə proqramı ilə bağlı danışıqlar gələn həftə bərpa olunacaq

Region
  • 23 dekabr, 2021
  • 12:06
İranın nüvə proqramı ilə bağlı danışıqlar gələn həftə bərpa olunacaq

İranın nüvə proqramı olan Əhatəli Birgə Fəaliyyət Planının bərpası üzrə danışıqlar dekabrın 27-də Vyanda bərpa ediləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı xarici siyasət xidmətinin baş katibinin müavini Əhatəli Birgə Fəaliyyət Planı üzrə əlaqələndirici Enrik Mor tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ-la sıx əməkdaşlıq, tənzimlənməyən əsas problemlərlə bağlı qərarın qəbul olunması üçün sürətin artması vacibdir: “Səkkizinci raunda xoş gəlmisiniz” - E.Mor tviter səhifəsində qeyd edib.

Qeyd edək ki, Əhatəli Birgə Fəaliyyət Planı 2015-ci ilin yayında qəbul olunub. Lakin ABŞ İranın nüvə proqramından şübhələndiyini elan edərək bu razılaşmadan çıxmışdı.