İran MN Rusiyadan aviasiya texnikaları aldığını təsdiqləyib

Region
  • 28 noyabr, 2023
  • 14:15
İran MN Rusiyadan aviasiya texnikaları aldığını təsdiqləyib

İran müdafiə nazirinin müavini general Mehdi Fərahi Rusiyadan “Mi-28” hücum helikopterləri, “Su-35” qırıcıları və “Yak-130” döyüş-təlim təyyarəsi aldığını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə nazir “Tasnim” agentliyinə müsahibəsində bildirib.

Agentliyin məlumatına görə, Rusiyadan alınan hərbi texnika artıq İrandadır və istismara verilib.