İran həbsxanalarında edamlara etiraz olaraq aclıq aksiyaları keçirilir

İran həbsxanalarında edamlara etiraz olaraq aclıq aksiyaları keçirilir İranın 11 həbsxanasında edam hökmlərinə etiraz olaraq aclıq aksiyası keçirilir.
Region
16 İyul , 2024 16:07
İran həbsxanalarında edamlara etiraz olaraq aclıq aksiyaları keçirilir

İranın 11 həbsxanasında edam hökmlərinə etiraz olaraq aclıq aksiyası keçirilir.

“Report” xəbər verir ki, məlumatı “İran international” yayıb.

Bildirilib ki, yaponiyalı Mey Sato BMT-nin İranda İnsan Hüquqları üzrə yeni məruzəçisi təyin olunub. O, iyulun 16-dan vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Buna əsaslanan “Çərşənbə günü edama yox” kampaniyasının iştirakçıları ondan İranda edam hökmlərinin icrası ilə bağlı məsələlərə diqqət etməsini istəyiblər.

Aksiyalara Tehranın Evin, Kərəc şəhərindəki Qızılhasar, Xürrəmabad, Təbriz, Xoy, Nəğədə, Saqqız, Məşhəd şəhərlərinin həbsxanalarındakı məhbuslar da qoşulub.

Qeyd edək ki, bu kampaniya Vəfa Azarbara, Məhəmməd Fəramərzi, Pecman Fatehi və Möhsün Məzluminin edamına etiraz olaraq başlayıb.

Son xəbərlər

Orphus sistemi