İrandan Ermənistana yanacaq daşıyan avtosistern qəzaya uğrayıb

İrandan Ermənistana yanacaq daşıyan avtosistern qəzaya uğrayıb Ermənistanın Sünik vilayətində Qafan-Gorus avtomobil yolunda İran İslam Respublikasına məxsus yanacaqla dolu avtosistern aşıb
Region
16 Mart , 2021 14:17
İrandan Ermənistana yanacaq daşıyan avtosistern qəzaya uğrayıb

Ermənistanın Sünik vilayətində Qafan-Gorus avtomobil yolunda İran İslam Respublikasına məxsus yanacaqla dolu avtosistern aşıb.

“Report” xəbər verir ki, məlumatı Ermənistanın Fövqəladə Hallar Nazirliyi yayıb.

“Scania” avtosisternin qoşqusu Qafan-Gorus yolunun 25-ci kilometrində aşarkən yanacaq sızması baş verib. Avtomobili İran vətəndaşı İsmayıl Makdi idarə edirmiş.

Hadisə yerinə Ermənistan FHN-in yanğınsöndürən-xilasetmə dəstəsi cəlb edilib.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi