İranda terror aktında ölənlərin sayı 20 nəfərə çatıb, onlarla insan yaralanıb - YENİLƏNİB-4

İranda terror aktında ölənlərin sayı 20 nəfərə çatıb, onlarla insan yaralanıb - YENİLƏNİB-4 İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.
Region
26 Oktyabr , 2022 22:25
İranda terror aktında ölənlərin sayı 20 nəfərə çatıb, onlarla insan yaralanıb - YENİLƏNİB-4

İranın Şiraz şəhərində yerləşən məqbərədə törədilən terror aktı zamanı ölənlərin sayı 20 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Mehr” agentliyi ölkənin hakimiyyət nümayəndələrinə istinadən xəbər verib.

Qeyd edilir ki, hücum nəticəsində onlarla insan yaralanıb.

"İran hakimiyyətinin məlumatına görə, çərşənbə günü günortadan sonra üç silahlı naməlum şəxs Şahçerah məqbərəsinə soxularaq azı 20 nəfəri öldürüb, çoxlu sayda insan isə yaralanıb", - agentlik yazıb.

Təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilir.

Agentliyin məlumatına görə, hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib.

20:27

İranda terror aktı nəticəsində 15 nəfər ölüb, 40-a yaxın şəxs yaralanıb. 

"Report" "Mehr"ə istinadən xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası məlumat yayıb. 

Bildirilib ki, ölənlərdən biri qadın və üçü isə uşaqdır.

Hücumun axşam namazına hazırlaşan insanları hədəf aldığı vurğulanıb. Belə ki, bir terrorçu ziyarətgaha giriş qapısından daxil olduqdan sonra ibadət edənlərə atəş açmağa başlayıb. Silahlı şəxsin İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı bildirilib.

19:48

İranın Fars əyalətinin Şiraz şəhərində törədilmiş terror aktı nəticəsində 15 nəfər ölüb, 27-si yaralanıb. 

"Report" IRNA-ya istinadən xəbər verir ki, ölənlərdən ikisi uşaqdır.  

19:33

İranın Şiraz şəhərində məqbərəyə silahlı hücum nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

Məlumatda silahlı şəxslərin üç nəfər olduğu bildirilib. 

19:21

İranın Şiraz şəhərində Şahçerağ məqbərəsi yaxınlığında silahlı şəxslər atəş açması nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə “Report” IRNA-ya istinadən xəbər verir.

Məlumatda iki terrorçunun saxlanıldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi