İranda son sutkada 200-dən çox insan pandemiyanın qurbanı oldu

İranda son sutkada 200-dən çox insan pandemiyanın qurbanı oldu İranda daha 203 nəfər koronavirusun qurbanı olub.
Region
13 İyul , 2020 13:55
İranda son sutkada 200-dən çox insan pandemiyanın qurbanı oldu

İranda daha 203 nəfər koronavirusun qurbanı olub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda ümumilikdə 13 032 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada daha 2 349 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 259 652-yə yüksəlib.

Məlumatda həmçinin 3 375 nəfərin ağır vəziyyətdə olduğu, 222 539 nəfərin isə sağaldığı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi