İranın Təbriz şəhərindəki qızlar məktəbində 20 şagird zəhərlənib.
“Report” xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Məlumata görə, onlar tənəffüs çətinliyi və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya aparılıblar. Şagirdlərin nədən zəhərləndikləri açıqlanmır.
Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib.
Şagirdlərdə tənəffüs çətinliyi, ürəkbulanma, baş ağrısı və digər əlamətlər müşahidə olunur. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.
İran Daxili İşlər Nazirliyi Tehran, Qum, Zəncan, Xuzistan, Həmədan, Fars, Gilan, Qərbi Azərbaycan, Şərqi Azərbaycandakı məktəblərdə 100-dən çox adamın kütləvi zəhərlənmə hadisələrində şübhəli bilindiyini açıqlayıb.