İranda neft zavodunda baş verən yanğında 15 nəfər yaralanıb
Region
- 13 noyabr, 2022
- 11:51
İranın İsfahan əyalətinin Mobarak şəhərindəki “Arad Sanat” sənaye obyektində baş verən yanğında 15 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Bildirilib ki, yanğın artıq lokallaşdırılıb.
14:45
İranın mərkəzində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.
“Report” ISNA-ya istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat verib.
Bildirilib ki, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub, müəssisənin əməkdaşları təcili təxliyə edilib.
Mümkün ölənlər barədə hələlik məlumat verilmir.
Ümumilikdə yanğının baş verdiyi yaşayış məntəqəsində 400-ə yaxın sənaye obyekti var.
Son xəbərlər
01:11
KİV: Abbas Əraqçi və Stiven Vitkoff birbaşa əlaqəni bərpa ediblər
Digər ölkələr00:50
Livana endirilən zərbələr nəticəsində ölənlərin sayı 886-ya çatıb
Digər ölkələr00:32
Qalibaf: İran nə Suriya, nə də Venesueladır
Region00:00
Bu gün İlaxır çərşənbədir
Daxili siyasət23:49
SEPAH ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edib
Region23:36
KƏŞ neft məhsullarının tədarükü ilə bağlı risklərə görə təcili iclas keçirib
Digər ölkələr23:19
Donald Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib
Digər ölkələr23:09
Nadejda Neynski: Bolqarıstan Azərbaycanla müqavilələr sayəsində energetikada əlverişli mövqedədir
Xarici siyasət22:55