İranda nazirin olduğu helikopter qəzaya uğrayıb, müşaviri ölüb, 12 nəfər yaralanıb - YENİLƏNİB

İranda nazirin olduğu helikopter qəzaya uğrayıb, müşaviri ölüb, 12 nəfər yaralanıb - YENİLƏNİB İranın gənclər və idman naziri Həmid Saccadinin göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.
Region
23 Fevral , 2023 17:41
İranda nazirin olduğu helikopter qəzaya uğrayıb, müşaviri ölüb, 12 nəfər yaralanıb - YENİLƏNİB

İranda helikopterin qəzaya uğraması nəticəsində gənclər və idman nazirinin müşaviri ölüb, 12 nəfər yaralanıb. 

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kirman əyalətinin icra hakimiyyətinin başçısı Məhəmməd Mehdi Fədakar bildirib. 

Onun sözlərinə görə, yaralıların vəziyyəti sabitdir.

17:08

İranın gənclər və idman naziri Həmid Saccadinin göyərtəsində olduğu helikopter qəzaya uğrayıb.

"Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 23-də Kirman əyalətinin Baft şəhərində baş verib və Həmid Səccadi yaralı vəziyyətdə hospitala yerləşdirilib.

Naziri helikopterin göyərtəsində İran Voleybol Federasiyasının başçısı Pursalman müşayiət edirmiş.

Məlumata görə, helikopterin göyərtəsində 16 sərnişin olub.

Qəzanın səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi