İranda motosiklet qəzaya düşdü, ailənin 4 üzvü öldü

İranda motosiklet qəzaya düşdü, ailənin 4 üzvü öldü İranın Qum şəhərində minik maşını ilə motoskletin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Region
100
21 İyul , 2021 15:58
İranda motosiklet qəzaya düşdü, ailənin 4 üzvü öldü

İranın Qum şəhərində minik maşını ilə motosikletin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “IRIB” telekanalı yayıb.

Məlumata görə, Qum şəhərinin Əl-Qədir xiyabanında “Pejo” markalı minik avtomobili motosikletlə toqquşub. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bildirilib ki, motosikletdə bir ailənin üzvləri olub. Ata, ana və iki övlad, avtomobilin sürücüsü hadisə yerində ölüb, 3-cü uşaq isə yaralı halda hospitala yerləşdirilib.

Qeyd edək ki, motosiklet İranda ən çox istifadə olunan nəqliyyat vasitəsdir. Çoxsaylı ailə üzvlərinin motosikletə mindirilməsi isə adi hallardan sayılır.

Son xəbərlər

Orphus sistemi