İranda iqtisadi zonada yanacaq çənləri yanır

Region
  • 05 avqust, 2024
  • 12:07
İranda iqtisadi zonada yanacaq çənləri yanır

İranın Xorasan Rezəvi vilayətindəki Doqaran iqtisadi zonasında yanacaq çənləri yanır.

“Report” “Sputnik İran”a istinadən xəbər verir ki, bu barədə vilayətin rəhbərliyi bildirib.

Qeyd edilib ki, əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələ məlumat yoxdur.