İranda İlaxır çərşənbəsi şənliklərində ölənlərin sayı 9-a, yaralıların sayı isə 1 894 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu martın 17-də ölkənin Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi bildirib.
Onun sözlərinə görə, 131 nəfər müxtəlif bədən üzvlərini itirib, 527 nəfər gözündən yaralanıb və bəziləri hətta görmə qabliyyətini itirib, 228 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti alıb.
O deyib ki, hadisələr əsasən, Şərqi Azərbaycan, Mərkəzi, Tehran və Kirmanşah əyalətlərində baş verib.
İranda İlaxır çərşənbə şənliklərində 8 nəfər ölüb, 900 nəfər isə yaralanıb.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu ölkənin Təcili Yardım Xidmətinin rəhbəri Pishüseyn Kulivənd bildirib.
Onun sözlərinə görə, yaralananların 72-si əl-ayağını itirib, 234-nün bədəni yanıb, 300-ü isə gözlərindən xəsarət alıblar.
Xatırladaq ki, 2020-ci ildə İranda İlaxır Çərşənbə tədbirlərində 3 nəfər ölmüş, 1 403 nəfər yaralanmışdı.