İranda iki polis əməkdaşı öldürülüb

Region
  • 24 iyul, 2023
  • 16:11
İranda iki polis əməkdaşı öldürülüb

İranın cənub-qərbində baş verən silahlı qarşıdurmada iki polis əməkdaşı ölüb.

“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumatlı mənbəyinə istinadən məlumat yayıb.

“İki polis zabiti - kiçik leytenant Salman Qəribi və baş leytenant Əli Qolami İze şəhərinin mərkəzindəki Biş Şirin kəndində baş verən silahlı qarşıdurma zamanı ölüblər”, - məlumatda deyilir.

Qeyd olunur ki, münaqişə polislə silahlı quldurlar arasında baş verib.