İranda iki həftə ərzində 63 məhbus edam olunub

İranda iki həftə ərzində 63 məhbus edam olunub İranda iki həftə ərzində barələrində ölüm hökmü çıxarılan 63 məhbus həbsxanalarda edam olunub.
Region
29 May , 2024 10:38
İranda iki həftə ərzində 63 məhbus edam olunub

İranda iki həftə ərzində barələrində ölüm hökmü çıxarılan 63 məhbus həbsxanalarda edam olunub.

“Report” “radiofarda”ya istinadən xəbər verir ki, bu barədə “Amnesty International” Təşkilatının hesabatında bildirilib.

Qeyd edilib ki, İranda bu il 28 aprel-11 may aralığında 15-i etiraz aksiyası iştirakçısı olmaqla, 63 nəfər edam olunub.

Təşkilatın baş katibi Aqnes Kallamar açıqlamasında deyib ki, İran hakimiyyəti insan həyatını tamamilə nəzərə almayaraq narkotik cinayətlərinə görə cəzaları sərtləşdirib : “Bu isə İran cəmiyyətində yoxsul insanlara qarşı ayrı-seçkiliyə səbəb olub”.

Təşkilatın hesabatına əsasən, 2022-ci illə müqayisədə 2023-cü ildə İranda edamların sayı iki dəfə artıb: “Naməlum səbəblərdən insanlar itkin düşür. Habelə ölkədə işgəncə və başqa qeyri-insani, alçaldıcı, qəddar əməllər mütəşəkkil şəkildə həyata keçirilir”.

Bildirilib ki, İran məhkəmə sistemi bu kimi qanunsuz əməlləri ictimailəşdirmir. İran İnsan Haqları Təşkilatı qeyd edib ki, İslam Respublikası 2023-cü ildə azı 22 qadını edam etməklə, dünyada bu göstəriciyə görə birinci yerdədir.

Məlumata görə, 2023-cü ildə 1634 edam hökmü icra olunub. Çindəki edamlar bu statistikaya daxil edilməyib. Təşkilatın hesabatına əsasən, Çin, İran, Səudiyyə Ərəbistanı, Somali və ABŞ 2023-cü ildə ən çox ölüm hökmü icra olunmuş ölkələrdir.

Kallamar ABŞ-da edamların sayının 18-dən 24-ə yüksəldiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi