İranın şimalındakı Gilan əyalətinin hakimiyyət orqanları iğtişaşlar törətmək, təhrik etmək, dinc əhaliyə hücum etmək və ictimai əmlaka ziyan vurmaqda təqsirli bilinən azı 880 nəfəri saxlayıb.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi regional polis rəisi Hüseyn Həsənpura istinadən məlumat yayıb.
Bundan əlavə, təhlükəsizlik qüvvələri əyalət ərazisində yandırıcı qarışıqların istehsalı ilə məşğul olan və vandalizm aktları törətmək niyyətində olan dəstəni müəyyən etməyə nail olub.
Oktyabrın 4-də İslam İnqilabı Keşikçiləri Korpusunun Gilandakı komandiri Məhəmməd Abdullahpur 8 qiyamçı qrupun məhv edildiyini və iğtişaşların 106 təşkilatçısının saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, İranda etirazlar sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra başlayıb.