İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açıb, 6 yaşlı qız gözünü itirib

İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açıb, 6 yaşlı qız gözünü itirib İranın İsfahan əyalətinin Məlekəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib.
Region
1 Dekabr , 2022 10:03
İranda hərbi-polis qüvvələri eyvanda oynayan uşağa atəş açıb, 6 yaşlı qız gözünü itirib

İranın İsfahan əyalətinin Məlekşəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib.

“Report” xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Bildirilib ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər.

Hadisədən təsirlənən ailə üzvləri və sakinlər bildiriblər ki, evlərində də rahatlıqları yoxdur.

Qeyd edək ki, sentyabrın 17-dən davam edən aksiyalarının qarşısını almaq üçün Tehran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 455 etirazçı ölüb. Onların 60-dan çoxunun uşaq olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi