İranda etirazlarda öldürülənlərin sayı 440-a çatıb

İranda etirazlarda öldürülənlərin sayı 440-a çatıb İranda etirazlarda 440 nəfər həlak olub
Region
24 Noyabr , 2022 03:18
İranda etirazlarda öldürülənlərin sayı 440-a çatıb

İranda etirazlarda 440 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb.

Bildirilib ki, ölənlərin 61-nin yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 059 nəfər həbs olunub. Onlardan 3 212 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 555 nəfər tələbədir. Nümayişlərə 143 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 156 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 56 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda Hüquq Müdafiəçiləri təşkilatı (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

Son xəbərlər

Orphus sistemi