İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artıb İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Abdana şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.
Region
24 May , 2022 10:47
İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artıb

İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində 10 nəfər ölüb, 35 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Abadanın Amiri küçəsindəki “Metropol” binasının böyük bir hissəsi uçub. Hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib və bir neçə sərnişin xəsarət alıb.

Məlumata görə, hadisə yerinə İranın daxili işlər naziri Əhməd Vahidi və məsləhət şurasının katibi Möhsün Rzai baş çəkib.

Qeyd olunub ki, sahəsi 6 min kv metrdən çox olan “Metropol” ticarət-müalicə və ofis binasının 9 mərtəbəsi 2020-ci ildə Abdulbaki holdinqi tərəfindən tikilib. Binanın açılışı və istismara verilməsi tədbirində Xuzistan əyalətinin ovaxtkı başçısı da iştirak edib.

Məlumata görə, binanın inşasında tikinti normalarına əməl edilməyib. Xuzistan əyalət Prokurorluğu tikintinin çökməsi ilə bağlı 8 nəfərin saxlanıldığını vurğulayıb.

Xatırladaq ki, Abadanda 10 mərtəbəli bina mayın 23-də çöküb.

Son xəbərlər

Orphus sistemi