İranda baş verən zəlzələdən sonra Naxçıvanda hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb

İranda baş verən zəlzələdən sonra Naxçıvanda hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.
Region
24 Mart , 2023 08:11
İranda baş verən zəlzələdən sonra Naxçıvanda hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb

Zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Bu barədə “Report”un yerli bürosundan Naxçıvan MR FHN-in mətbuat xidmətindən məlumat verilib.

07:42

İran ərazisində qeydə alınan zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub.

“Report” xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

07:30

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 7 km dərinlikdə olub. Hadisə Bakı vaxtı ilə 07:16-da qeydə alınıb.

“Report”un Naxçıvan bürosunun məlumatına görə, təbiət hadisəsi Naxçıvan Muxtar Respublikasında da hiss olunub.

Son xəbərlər

Orphus sistemi