İranda avtobus aşıb, 3 nəfər ölüb, 16 nəfər yaralanıb

Region
  • 12 iyul, 2022
  • 09:29
İranda avtobus aşıb, 3 nəfər ölüb, 16 nəfər yaralanıb

İranın şimal-qərbindəki Zəncan əyalətində içərisində sərnişinlər olan avtobus aşıb.

“Report” İSNA-ya istinadən xəbər verir ki, hadisə Zəncan-Təbriz yolunun 30-cu kilometrliyində baş verib.

Qeyd olunub ki, qəza nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

İlkin versiyaya görə, hadisə sürücünün yorğunluğu və yuxulu olması səbəbindən baş verib.

Son xəbərlər

Bütün Xəbər Lenti