İranda avtobus aşıb, 18 nəfər yaralanıb

İranda avtobus aşıb, 18 nəfər yaralanıb İranın İsfahan şəhərində avtobusun aşması nəticəsində 18 nəfər yaralanıb.
Region
15 Yanvar , 2022 10:55
İranda avtobus aşıb, 18 nəfər yaralanıb

İranın İsfahan şəhərində avtobusun qəzaya uğraması nəticəsində 18 nəfər yaralanıb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu şəhərin təcili yardım mərkəzinin nümayəndəsi Abbas Abedi bildirib.

Onun sözlərinə görə, hadisə yanvarın 15-də səhər saatlarında qeydə alınıb: “Hadisə yük avtomobilinin avtobusun arxa hissəsinə çarpılması nəticəsində baş verib”.

Yaralılar hospitala yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi